Şərh göndərin |
27.05.2010 12:26 |
|
Ədəbiyyat mənə nə verir Metin Memmedli
|
|
Şərhlər (1) |
15.03.2010 16:30 |
|
Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də Ərdəbil şəhərində kökü tarixin çox-çox uzaq çağlarına gedib çıxan nüfuzlu Azərbaycanlı zadəgan türk[1][2] ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddinin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdu. Şah İsmayıl ana tərəfdən də dövrünün hakim və köklü bir ailəsinə mənsub idi. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun bacısı idi.
Şeyx Heydər döyüşlərin birində xəyanətlə öldürüldükdən sonra (1488), İsmayıl anası və qardaşları - Sultanəli və İbrahim ilə birlikdə İstəxr qalasında (Şiraz) həbsdə saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Rüstəm Mirzə qardaşlardan istifadə etmək məqsədilə onları həbsdən azad edir. Lakin döyüş zamanı İsmayılın böyük qardaşı Sultan Əlinin və «qızılbaşlar»ın necə şücaət göstərdiyini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. O, 1495-ci ildə Şeyx Sultanəlinin üzərinə qoşun göndərib (Şəməsi döyüşü) onu öldürtdürür. Ölümündən öncə Şeyx Sultanəli İsmayılı özünün varisi təyin edərək Ərdəbilə göndərdi. «Qızılbaşlar» İsmayılın axtarıldığını görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə gizlədirlər.
Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir
|
|
Şərh göndərin |
15.03.2010 16:27 |
|
Nizami Gəncəvi - (təxəllüsü, əsil adı - İlyas Yusif oğlu) (1141-1209-cu il) – Azərbaycanın görkəmli şairi və mütəfəkkiri olmuşdu, Gəncə medreselerinde təhsil almış, şəxsi mütailə sayəsinde orta əsr elmlərini mükəmməl öyrənmiş, xüsusen Yaxın Şərq xalqlarının şifahi və yazılı edebiyyatına yaxından bələd olmuşdur. Türk dilinden başqa ərəb və fars dillərini də incəliklə bilən şairin yunan dili ilə də tanış olduğu, hemçinin qedim yunan tarix ve felsefesini, astranomiya, tibb ve hendese elmlerini yaxşı menimsediyi eserlerinden aydın olur.Ömrü boyu Gencede yaşamış, saray şairi olmaqdan qetiyyetle imtina etmiş,halal zehmeti ile dolanmışdır. Teqriben 1169/70-ci ilde Derbend hökmdarı Seyfeddin Müzefferin keniz kimi hediyye gönderdiyi qıpçaq qızı Afaq (Appaq) ile evlenmiş, 1174-cü ilde oğlu Mehemmed anadan olmuşdur.Edebi yaradiciliqa lirik serlerle baslayan Nizami mehebbet movzusunda yazilmis qezellerle yanasi ictimai mezmunlu lirikik eserler exlaqi -terbiyevi felsefi seciyyeli qesideler rubailer de yazmisdir.Lakin Şerq tezkireçilerinin 20 min beyt hecminde olduğunu qeyd etdikleri bu divandakı şerlerin çox az hissesi dövrümüzedek gelib çatmışdır. Nizami Gencevi bütün yaradıcılığı boyu lirik şerler yazmış, sonralar poemalarında ireli sürdüyü mütereqqi ictimai-felsefi fikirlerini ilk defe hemin şerlerinde ifade etmişdir. Sairin mehebbet movzusunda yazilmis qezellerinde saf, temiz mehebbetle seven qelbin ince zerif duyqulari ifade olunmus, vusal deminin sevinci hicran gunlerinin aqirliqi oz bedi ieksini tapmisdir. Sair lirik irsinde heyati gozellikleri duymaqa, derk etemeye caqirir. Onu xisiusi ile gencliye muracietle yazilmis qezellerinde, elece de Qocaliq qesidesi ve basqa serlerinde heyat , kainat insan omruna dair felesfi dusunceleri ifade olunur. Sair lirik eserlerinde mehebbet ve gozelliyin tesdiqi ile yanasi insan tebietinin bir cox incelikleri ile baqli meselelere de toxunur, ictimai exlaqi fikirleri ireli surur. Sair ozu senet aleminde sohretini ana Vetenin ona verdiyi muqeddes nemet bilmisdir. O, eserlerinde ser oqrularindan sikayetlenerken bedii uqurlarini menevi serveti kimi qiymetlendirmisdir bu baximdan sairin dunyaya goz acdiqi , boya basa yetdiyi doqma Genece ile baqli qeydleri ile seciyyeleidir. Nizaminin eserlerinde Gencenin bir cox medeniyyet merekezleri ile olan edebi medeni elaqeleri de oz eksini tapmis, 1139 cu ilde Gencede bas veren zelzeleden de behs edilmisdir.Nizami Gencevi lirikası yüksek senetkarlığı, mehebbete dünyevi münasibeti, insan taleyi haqqında humanist düşünceleri ile seçilir.Lakin Nizami Gencevi dünya edebiyyatı tarixine mesnevi formasında yazdığı 5 poemadan ibaret "Xemse" ("Beşlik") müellifi kimi daxil olmuşdur. 1177-ci ilde bitirdiyi "Mexzenül-esrar" ("Şirler xezinesi") adlı ilk poeması şaire böyük şöhret qazandırmışdır. III Toğrul un sifarişi ile qeleme aldığı «Xosrov ve Şirin» poemasını 1180 ilde bitirmiş ve Mehemmed Cahan Pehlevana göndermişdir. Cahan Pehlevanın ölümünden sonra taxta çıxan Qızıl Arslan Gencenin yaxınlığında öz çadırında şairle görüşmüş ve onun nesihetlerini dinlemiş, şaire Hemdünyan adlı bir kend bağışlamışdır. 1188 ilde Şirvan hökumdarı I Axsitan şaire «Leyli ve Mecnun» mövzusunda bir eser yazmağı sifariş etmişdir. Nizami Gencevi bundan boyun qaçırmaq istemişdise de oğlunun tekidi ile teklifi qebul edib az müddetde «leyli ve Mecnun» poemasını (Şerqde ilk defe) yaratmışdır. 1196 ilde Elaeddin Körpe Arslanın adına «Yeddi gözel» eserini, nehayet, ömrünün sonlarına yaxın bütün edebi-estetik, ictimai-felsefi görüşlerini yekunlaşdırdığı «İsgendername» (teqr. 1203) poemasını qeleme almışdır.Nizami Gencevinin ilkin Şerq Renessansının zirvesi olan yaradıcılığında dövrünün en hümanist, ümümbeşeri ictimai-siyasi, sosial ve menevi-exlaqi idealları parlaq bedii eksini tapmışdır.Nizami Gencevi üçün şexsiyyetin en yüksek meyarı insanlıq idi. İrqi, milli ve dini ayrı-seçkiliyi qetiyyetle redd eden bu şairin qehremanları içerisinde türk, fars,ereb,çinli, hindli, zenci, yunan, gürcü ve s. xalqların nümayendelerine rast gelirik. Hümanist şair müxtelif dinlere mensub o an bu qehremanların heç birisinin milliyetine, dini görüşlerine qarşı çıxmır. Onun qehremanları edalet, xalq xöşbextliyi, yüksek meqsedler uğrunda mübarize aparırlar. İnsan şexsiyyetine , insan emeyine ehtiram şairin yaradıcılığının baş mövzularındandır. Nizami Gencevi hem de vetenperver idi. O, tesvir etdiyi bütün hadiseleri Azerbaycanla elaqelendirmeye, vetenin keçmiş günlerini terennüm etmeye çalışmışdır. Nizami Gencevi yaradıcılığında Veten mehebbeti doğma xalq yolunda qehremanlıq ideyası ile birleşir.Nizami Gencevinin yaradıcılığı hümanizm, yüksek senetkarlığı ile Zaqafqaziya, Yaxın Şerq xalqları (fars, tacik, hind, efqan, kürd, türkmen, özbek, qazax, qırğız ve s.) edebiyyatlarının inkişafına güclü tesir göstermiş, dünya medeniyyeti xezinesine daxil olmuşdur.Nizami Gencevi-nin eserleri dünyanın bir çox xalqlarının diline tercüme olunmuşdur. Eserlerinin nadir elyazma nüsxeleri bir çox xarici ölke şeherlerinin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkend,Tebriz, Tehran, Qahire, İstanbul, Dehli, London, Paris ve s.) mehşur kitabxana, muzey ve elyazmaları fondlarında qiymetli inciler kimi qorunub saxlanılır.
Nizami Gencevinin Gencede defn olunduğu yerde möhteşem meqberesi tikilmişdir
|
|
Şərhlər (2) |
15.03.2010 16:03 |
|
Xosrov və Şirin(خسرو و شيرين Khusraw o Shīrīn)(1180) - Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan əsərlərdən biridir."Xosrov və Şirin" poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur. Nizami öz sələfi - İran şairi Firdövsi kimi tarixi-əfsanəvi əsər yaratmır, öz poemasının janrını "həvəsnamə" kimi müəyyən edir və məhəbbətin tərənnümünə həsr edir. Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir, şairə doğma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən "həvəsnamə" kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.
Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə - Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.
|
|
Şərhlər (1) |
15.03.2010 16:01 |
|
-
- Ey dövlətimin zəvalı oğlum!
Ey başı ağır bəlalı oğlum!
- Ey məktəbu dərsin aşinası!
Ey rişteyi-elm mübtəlası!
- Şad oldum o gün ki, sən doğuldun,
Min şükr elədim ki, oğlum oldun.
- Derdim ki, gözəl xələf olarsan,
Bir ailəyə şərəf olarsan.
- Şuğlu hunərimi yad edərsən,
Atanı, ananı şad edərsən;
- Dünyadən olursa irtihalım,
Ancaq sənə tərk olur mənalım.
- Bilməzdim olursan elmə şeyda,
Şuridə edər səni bu sevda.
- Bəzi oxumuş rəfiqi-bədxah
Tədbirimi çaşdırıbmış, ey vah!
- Uydum olara, səni oxutdum,
Səd heyf ki, əqlimi unutdum!
- Kəsdin öz əlimlə öz ayağım,
Xamuş elədim mən öz çırağım.
- Girəm bu xəta düşüb özümdən,
Göz nuri kimi uzaq gedirsən?
- Bunca oxudun, yorul da barı,
Bir dəfə buraq bu zəhrımarı!
- Pul qalmadı, baxmışam hesabə, -
Getdi qələmə, kağız, kitabə.
- Juranlu kitab yüz-yüz olmaz,
Bu xərc ticarətdə düz olmaz.
- Dəftərsə beş-altı cild bəsdir,
Ey naxələfim, bu nə həvəsdir?!
- Çernil, qrafil, pero, qarandaş -
Icad edəni olaydı şil, kaş!
- Insaf eləməzmisən ki, yandım,
Puli nə əzab ilə qazandım!
- Bihudə işə nə xərc edirsən,
Bu könlümü hərcü mərc edirsən!
- Xərcin tükənib kəsilmir ardı,
Billah, dəxi pullarım qurtardı!
- Xacə əridi, üzüldü canın,
Soldu gül üzün, qaraldı qanın;
- Vazeh bu ki, xəstədir məzacın,
Ya rəb, kim edər sənin əlacın?!
- Nə var yeyib-içməyin, nə xabın,
Təhsilədir ancaq irtikabın.
- Nə seyru səfanı xoşlayırsan,
Nə dərsu kitabı boşlayırsan.
- Mırt-mırt oxuyub mırıldayırsan,
Qarğa kimi hey qırıldayırsan!
- Əyyami-bəharu güldür, oğlum!
Qoyma məni qəmdə, güldür, oğlum!
- Həmsinlərin səfadə, bağda,
Həməsrlərin çəməndə, dağda.
- Bəzisi gəzib də kiştzarı,
Quş eldə gözətləyir şikarı;
- Bəziləri bir tərəfdə xəlvət,
Adətcə edərlər eyşu işrət;
- Bəzisi olub qumarə məşğul,
Bəzisi şərabə, yarə məşğul.
- Hər bir nəfəri bir işde çalak,
Hər digəri bir əməldə bibak.
- Hər gün əbəvəyni şad edirlər,
Hörmətlərin izdiyad edirlər.
- Xoş ol əbəvəynə kim, bu minval
Hər daim olur cahanda xoşhal!..
|
|
Şərhlər (1) |
15.03.2010 15:55 |
|
Söz ruhdur, can üçün böyük dərmandır, Cantək əzizliyi bəlkə ondandır. Sözündə çoxluğa qoyma yer olsun, Birin yüz olmasın, yüzün bir olsun. Qiymətdən salmışdır sözü yalanlar, Doğrunu danışan möhtəşəm olar. Altmış yaşındaydı yazanda bunu, Saxlaya bilmirdi yayda oxunu. Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin?! Hanı o ədalət, o insaf hanı? Verə öz oğluna belə cəzanı. Birdən qoca qarı, cavan ah çəkər, Hədəfə ox vurar erkən bir səhər... Alqış bu ölümə, əhsən Şirinə, Öldürən Şirinə, ölən Şirinə. Çox gözəl arvad var mərdlikdə bir şir, Çox ipək içində şirlər gizlənir. Övladın iqbalı əgər yar olar, Ata sevincindən bəxtiyar olar.
|
|
|
|
Yeni xəbərlər
M.F.Dostoyevski, Aydın Talıbzadə, Üzeyir bəy Hacıbəyov, Umberto Eko, Orxan Pamuk, Nazim Hikmət, Nərgiz Cəlilova, Xaqani Haş, Ağalar Məmmədov: bir sözlə kreativ, polemik, intellektual, estetik materiallar məcmusu...
| Aydın Xan (Əbilov), kulturoloq: "Vizual Ruh haqqında Virtual düşüncələr"... "Himnin müəllifi Əhməd Cavad deyil?!" "Müəllifliyini təsdiq edən yazılı mənbə yox idi"... R.Əfəndiyeva: "KQB Asif Atadan boşanmağa məcbur e
| Niyazi Mehdi. Azərbaycan mentalitetində idealizm varmı? Ateizm və ateistlər haqda qısa məlumat... Niyə onlar ateizmi seçirlər?
| Əhməd bəy Ağaoğlunun gizlinləri... 50-dən artıq Azərbaycan ziyalısı dünyaya müraciət etdi... Tamaşaçını хоşbəхtcəsinə ağladan yeni il filmləri... Çeslav Miloş adına ədəbiyyat müsabiqəsinin qalibləri mükafatlandırıldı. 2011-ci ildə mədəni itkilərimiz
|
|